Ukraynanın müxtəlif bölgələri, o cümlədən paytaxt Kiyev, Rusiya ordusunun raket və PUA hücumlarına məruz qalıb.
Milli.Az-ın məlumatına görə, Kiyevin Qoloseyevski rayonunda qeyri-yaşayış binasına zərbə endirilib və yanğın baş verib; bir nəfər ölüb, dörd nəfər yaralanıb.
Darnitski rayonunda isə özəl tibb müəssisəsinə ziyan dəyib, bir nəfər yaralanıb. Dnepr, Solomyanski və Desnyanski rayonlarında da qeyri-yaşayış binalara zərər dəyib.
Xarkovda baş verən hücumlarda məcburi köçkünlər üçün yataqxana, xəstəxana və doğum evi zədələnib, vilayətdə 11 nəfər yaralanıb. Paytaxta onlarla dron və ballistik raketlə hücum edildiyi bildirilib.
Asya
Milli.Az





