Rusiya

Rusiyada həmin mer istefa verdi

15 Sentyabr 2025 17:51
Baxış: 918
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Korrupsiyada ittiham olunan həbs edilən Krasnoyarsk meri Vladislav Loginov istefa ərizəsini şəhər şurasına təqdim edib.

Milli.Az xəbər verir ki, bu barədə şəhər şurasının sədr müavini Andrey Kozikov açıqlayıb. 

Onun sözlərinə görə, ərizəyə növbəti sessiyada baxılacaq.

Xatırladaq ki, Loginov 180 milyon rubldan artıq rüşvət almaqda şübhəli bilinərək saxlanılıb. Artıq Rusiya Federasiyasının İstintaq Komitəsi xüsusilə külli miqdarda rüşvət alma ilə bağlı ağır maddə ilə cinayət işi açıb. Məmura qarşı ittiham irəli sürülüb. İstintaqın məlumatına görə, 2018-2024-cü illərdə ardıcıl olaraq Krasnoyarskın birinci müavini, sonra isə meri vəzifələrində çalışarkən Loginov bu məbləği kommersiya qurumunun baş direktorundan alıb.

Milli.Az
 
 
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.