43 min insan təyyarədə qaldı - 20 saatlıq kabus
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiyanın hava məkanında artan təhlükəsizlik tədbirləri və pilotsuz uçuş aparatlarının (PUA) yaratdığı risklər fonunda Rusiya-Türkiyə arasında uçuş böhranı yaşanır.
Milli.Az xəbər verir ki, Türk Hava Yolları (THY) başda olmaqla bir sıra xarici hava yollarının uçuşları dayandırılıb, yüzlərlə reys təxirə salınıb, minlərlə sərnişin hava limanlarında çarəsiz gözləyib.
Böhran ilk olaraq Sankt-Peterburq hava limanında baş verib. Rus səlahiyyətliləri THY-yə məxsus təyyarənin bəzi texniki hissələrinin sökülərək yoxlanılmasını tələb ediblər. Bu, beynəlxalq aviasiya qaydalarına zidd olduğu üçün THY ekipajı bu tələbi rədd edib və sərnişinlərin təhlükəsizliyini nəzərə alaraq təyyarəni İstanbula geri qaytarmaq qərarına gəlib.
Aviasiya dairələri bu addımı təhlükəsizlik protokollarına uyğun və düzgün qiymətləndirib.
Yalnız THY deyil, digər xarici aviaşirkətlər də oxşar çətinliklərlə üzləşiblər. Rusiyaya enən bir sıra təyyarələrin sərnişinləri təyyarədən düşməyə icazə verilmədən saatlarla gözlədilib. Bəzi hallarda baqajlarda və kabinə avadanlıqlarında bomba hazırlığı üçün istifadə oluna biləcək hissələrin olub-olmadığı yoxlanılıb.
Rusiya Nəqliyyat Nazirliyi və federal hava nəqliyyatı orqanlarının yaydığı məlumata əsasən, 485 reys təxirə salınıb, 88 reys başqa hava limanlarına yönləndirilib, 1900-dən çox reys isə gecikib. Ümumilikdə 43 min bilet ləğv olunub, 94 minə yaxın sərnişin isə otellərdə yerləşdirilib.
Ekspertlər vəziyyəti mülki aviasiyada təhlükəsizlik və diplomatiya arasında yeni böhran mərhələsi kimi dəyərləndirirlər.
Fidan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Putin xərçəng xəstəsi olan “Lerçek”İ əfv etdi
-
Putin 175 il sonra dəyişir: Çarın tikdirdiyi 22 saatlıq yolda SSRİ mühasirəyə düşmüşdü
-
Rusiyada faciəli şəkildə ölən azərbaycanlının Fotosu
-
Azərbaycanlı biznesmenin 141 milyonluq mülkünə həbs qoyuldu
-
Zaxarovadan Simonyanın sözlərinə cavab: Həmin vaxt onun kimin ayaqlarına düşdüyü bizə məlum deyil
-
Putin onu Moskvaya gətirmək üçün şəxsi təyyarəsini göndərdi
XƏBƏR LENTİ
-
Arılar 35 dərəcə şaxtada belə sağ qalırlar
-
Payızda dəriyə necə qulluq edilməlidir?
-
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
-
İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...
-
Zülalla ən zəngin çərəz
-
Yuxusuz gecədən sonra bunu edin
-
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
-
“Salman Xan 6 həftə məni qorudu” - Oksana Rəsulova
-
Rəşid Behbudovun müəmmalı ölümü: Qorbaçova verilən gizli kasetdə nə vardı?
-
Say üstünlüyünə qarşı mərdlik: Merab Dvalişvilinin dostu necə qəhrəmana çevrildi?
-
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - (Foto)
-
Leyla Əliyeva “Qadınlar və iqlim investisiyaları: Türk dünyasında qadın liderlərin iqlim fəaliyyətinə töhfə vermək imkanlarının genişləndirilməsi” mövzusunda tədbirdə iştirak edib
-
İbrahim Tatlısəsin nəvəsi gözəlliyi ilə diqqət çəkdi - (Foto)
-
“Qalatasaray” 5 futbolçu ilə yollarını ayırmağa hazırlaşır
-
Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü - Yenilənib
-
Bakıda 17 yaşlı tələbə qəfil vəfat etdi - Yenilənib
-
Çağla Şıkel 11 saat qaranlıq qutuda qaldı
-
COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub - (Foto)
-
Dörd bürc daha diqqətli olmalıdır - xəbərdarlıq
-
Ramiz Mehdiyevin qızının vəkili həbs edildi - (Foto)
-
Gəncə və Bakı teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb -
-
Balıq bazarında bahalaşma var - (Video)
-
Emma kameralar qarşısında yıxıldı - (Foto)
-
Borcları ödənilməyən binalara istilik verilməyəcək - (Video)





