Rusiya

Putinin Trampa hədiyyə etdiyi portretin qiyməti nə qədərdir?

23 Mart 2025 00:37
Baxış: 965
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya prezidenti Vladimir Putinin Donald Trampa hədiyyə etdiyi portret əvəzsiz sənət əsəridir.

Milli.Az xəbər verir ki, bunu Rusiyanın xalq rəssamı Nikas Safronov deyib.

O, qeyd edib ki, müəlliflər, bir qayda olaraq, öz əsərlərinə şərh vermir və kimin üçün yaradıldığını gizlədirlər.

"Ümumiyyətlə, biz heç vaxt sifarişlərimizə münasibət bildirmirik, amma bir şeyi deyə bilərəm. Allaha şükür, Rusiyada çoxlu istedadlı insanlar, çoxlu sənətkarlar var.

Ona görə də ölkəmiz əsrlər boyu dünya mədəniyyətinə, incəsənətinə incilər bəxş edən ölkə kimi tanınır", - deyə rəssam vurğulayıb.

Rəsmin mümkün dəyəri barədə soruşduqda, Safronov lakonik şəkildə cavab verib: "Belə bir əsər çox güman ki, qiymətsizdir."

Sonda sənətçi əlavə edib ki, əgər kimsə müəllifi açıqlasa, vəziyyəti başqa cür şərh etməyə hazır olacaq.

"Yəni biz nə təkzib, nə də təsdiqləmişik, kimsə etiraf etsə, başqa cür şərh edəcəyik", - Nikas Safronov qeyd edib. (Publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.