Rusiya

Azərbaycanlı iş adamının obyekti SÖKÜLDÜ - FOTO

22 Mart 2025 13:15
Baxış: 928
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Kurqan vilayətində İrtış yolunun 263-cü kilometrliyində qanunsuz tikilmiş "Abşeron" kafesi sökülüb.

Milli.Az yerli mediaya istinadla bildirir ki, bu barədə jurnalistlər məlumat verib. Kafe azərbaycanlı iş adamı Əliyevə məxsus olub.

Qeyd olunur ki, "Abşeron" kafesi artıq yoxdur. Onun yerində yalnız tikinti tullantıları, beton bloklar və plitələr qalıb. Məlumata görə, buldozer hələ də sökülən müəssisənin yerində işləməkdə davam edir.

Bildirilir ki, bu bina 2009-cu ildən əvvəl sökülməli imiş. Lakin məhkəmə qərarı icra olunmayıb və yol kənarındakı kafe fəaliyyətini davam etdirib. Fevral ayında Kurqan meriyası "Abşeron"un şəhər büdcəsi hesabına sökülməsinə başlayıb. Bu iş üçün 600 min rubl xərclənib.

Kafe binasının özündən əlavə, açıq məkanları, manqal sahəsi və yardımçı tikililəri də sökülüb. Kafenin yolun mümkün genişləndirilməsi üçün söküldüyü bildirilsə də, Cənubi Ural Uprdoru bu məlumatı təsdiqləməyib.

Xatırladaq ki, fevral ayında kafenin sökülməsinə başlanılması barədə xəbər vermişdik. /Lent.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.