Rusiya

Sərnişindən təyyarə bələdçilərinə bıçaqlı HÜCUM - FOTO

4 Fevral 2025 19:50
Baxış: 496
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada Nijni Novqorod - Soçi reysini həyata keçirən "İkar" aviaşirkətinin təyyarəsində uçuş zamanı bələdçilərə bıçaqla hücum olub.

Milli.Az bildirir ki, bu barədə "Shot" teleqram kanalı yazıb.

Məlumata görə, sərnişinlərdən biri ekipaj üzvləri mübahisədən sonra bıçaq çıxararaq yelləməyə və qışqırmağa başlayıb.

Bildirilir ki, kişi ekipajdan spirtli içki tələb edib və bıçaqla baqaj rəfinə zərbələr endirib. Bələdçilər sərxoş sərnişini sakitləşdirə biliblər və təyyarə eniş etdikdən sonra onu polisə təhvil veriblər.

Hadisə nəticəsində heç kim xəsarət almayıb. /baku.ws

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.