Rusiya

Rusiyada 5,6 bal gücündə zəlzələ oldu

29 Yanvar 2025 08:17
Baxış: 471
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın İrkutsk vilayətində qeydə alınıb. Episentrdə yeraltı təkanların intensivliyi 5,6 bala çatıb.

Milli.Az-ın məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin İrkutsk vilayəti üzrə Baş İdarəsi bildirib.

"Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Baykal bölməsinin məlumatına görə, bu gün saat 06:54-də seysmik hadisə qeydə alınıb, zəlzələnin episentri Baykal gölünün akvatoriyasında, Bolşoye Qoloustnoye qəsəbəsindən (İrkutsk dairəsi) 36 km aralıda olub. Episentrdə intensivlik 5,6 bal təşkil edib", - deyə qeyd olunub.

Rusiya FHN bildirib ki, İrkutskda zəlzələ 3 bal gücündə hiss olunub. "Hər hansı dağıntı və xəsarət alan yoxdur, bütün infrastruktur obyektləri ştat rejimində işləyir", - deyə qeyd olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.