Rusiya

Azərbaycanlı sahibkarlardan 5 milyon rüşvət aldı: həbs edildi

28 Yanvar 2025 10:55
Baxış: 1 077
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Yekaterinburq qarnizonu hərbi məhkəməsi keçmiş təhlükəsizlik zabiti və Tümen vilayətinin qubernatorunun keçmiş müşaviri Yevgeni Filipoviç barəsində həbs qətimkan tədbiri seçib.

Milli.Az xəbər verir ki, o, ötən ilin sonunda 5 milyon rubl rüşvət almasını etiraf etdikdən sonra gizli saxlanılıb. Barəsində martın sonuna qədər həbs qətimkan tədbiri seçilib.

Məlumata görə, Filipoviç və iş adamı Kahin İsmayılov Talitsada qanunsuz ağac kəsilməsinə görə cinayət təqibindən yayınmağa kömək edəcəklərini vəd edərək, tanış azərbaycanlı sahibkarlardan 5 milyon rubl rüşvət almağa cəhd ediblər.

Onlar polislərin meşələrin qırılması prosesinə qarışmayacağına, "hər şeyin nəzarətdə olduğuna" inandırsalar da, azərbaycanlılar meşəni kəsib daşımağa başlayan kimi polis onları saxlayıb.

Sahibkarlar aldandıqlarını anlayaraq Filipoviç və İsmayılova məlumat veriblər. Filipoviç pulun köçürülməsi zamanı müstəntiqlər tərəfindən avtomobildə saxlanılıb.

Dələduzluğa cəhd maddəsi ilə cinayət işi açılıb.

Hadisənin Tümen vilayətində baş verməsinə baxmayaraq, məhkəmə Yekaterinburqda keçirilib, çünki orada Filipoviçlə bağlı bir çox korrupsiya epizodları baş verib./lent.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.