Vladiqafqaz hava limanında yaşlı sərnişin təyyarəyə çıxışı baqaj lenti ilə qarışdırıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yaşlı qadın qeydiyyatdan dərhal sonra baqaj lentinə minib. O, çamadanlarla birlikdə səyahət etmək qərarına gəlib.
Lakin ayırıcı pərdəyə çatdıqda, onun başı aparata dəyib və qadın yıxılıb. O, uzanmış vəziyyətdə baqaj bölməsinə yollanıb.
Video sosial şəbəkələrdə yayılıb. İstifadəçilərdən bəziləri vəziyyəti ələ salıb, bəzilərinin isə yaşlı qadına yazığı gəlib.
Milli.Az