Ölkə

Dövlətə xəyanətdə ittiham olunan şəxslərə hökm oxundu

9 Yanvar 2025 18:58
Baxış: 401
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlətə xəyanətdə ittiham olunan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Milli.Az xəbər verir ki, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Hicran Həsənov 18 il, Nadim Mehdiyev 16 il 6 ay, Şəmsi Qasımov 15 il, Dağıstan Hüseynov 9 il, Elməddin Ağayev 7 il, Ağasif Ağayev 7 il müddətinə azadlıqdan məhrum olunub.

Qeyd edək ki, dövlət ittihamçısı Hicran Həsənovun 19 il, Nadim Mehdiyevin 15 il, Şəmsi Qasımovun 17 il, Dağıstan Hüseynovun 9 il, Elməddin Ağayevin 8 il, Ağasif Ağayevin 8 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilib./APA 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.