Rusiya

Rusiya Ukraynaya raket hücumunu dayandırdı - İlginc səbəb

21 Oktyabr 2024 09:12
Baxış: 797
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Ukraynaya raket atışlarını dayandırıb. Bu, Ukraynanın enerji sektoruna yeni genişmiqyaslı hücuma hazırlıqdan və ya raket çatışmazlığından xəbər verir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Almaniyanın ZDF nəşri məlumat yayıb.

"Bir həftədən çoxdur ki, Rusiya Ukraynaya yalnız kamikadze dronları və bəzən S-300 yer-yer tipli zenit-raket kompleksləri ilə hücum edir. Bir ədəd də olsun qanadlı və ya ballistik raket atılmayıb. İki variant mümkün ola bilər: Rusiyanın yeni qanadlı və ballistik raketlərinin istehsalı azalır və bu, mövcud ehtiyatların tükənməsinə gətirib çıxarır. Digər mümkün səbəb isə: Rusiya Ukraynaya böyük hücuma hazırlaşır, ehtimal ki, enerji infrastrukturunu hədəfə alan raketlər yığır", - analitiklər Kristian Mellinq və Andraş Raç qeyd ediblər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.