Ukraynanın Meksikadakı səfirliyi ölkə hakimiyyətindən Rusiya lideri Vladimir Putinin oktyabrın 1-də Klaudiya Şeynbaumun andiçmə mərasiminə gələcəyi təqdirdə onu həbs etməyi xahiş edib.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə səfirliyin Feysbuk səhifəsində bildirilib.
Qeyd edək ki, Meksikada yenidən prezident seçilən Şeynbaum Rusiya Prezidenti Putini inauqurasiya mərasiminə dəvət edib. Meksika 2023-cü ildə Putinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanıyır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun