Rusiya

22 min əcnəbi Rusiyadan qovuldu

29 May 2024 09:28
Baxış: 1 058
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2024-cü ilin yanvar-aprel aylarında Rusiyadan 22 minə yaxın xarici vətəndaş çıxarılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə çoxdur.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin analitik hesabatında deyilir.

Bildirilib ki, Rusiya xüsusi müəssisələrində deportasiyasını gözləyən 6,8 mindən çox əcnəbi var (ötən illə müqayisədə iki dəfə çox).

Həmçinin Rusiyaya gəlmək istəyənlərə də rədd cavabının verilməsinin sayı artıb: Əgər 2023-cü ilin ilk üç ayında 55 min əcnəbi Rusiya Federasiyasına buraxılmayıbsa, bu ilin birinci rübündə bu rəqəm 79 min olub.

Bundan əlavə, müvəqqəti yaşamaq üçün icazələrin sayı 40,9%, uzunmüddətli yaşamaq üçün icazələrin sayı isə 20,1% azalıb.

Rusiya təhlükəsizlik qüvvələri tərəfindən qeyri-qanuni miqrasiyanın təşkili ilə bağlı müəyyən edilmiş cinayətlərin sayı 2,5 dəfə artıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə vətəndaşlığa qəbul edilənlərin sayı 49% azalıb. 669 nəfər də Rusiya vətəndaşlığından məhrum edilib.

Rusiya Daxili İşlər Nazirliyi bəyan edib ki, bu, sözügedən sahəyə nəzarətin gücləndirilməsi və Ukraynanın işğal olunmuş ərazilərinin sakinlərinin Rusiya vətəndaşı kimi tanınması ilə bağlıdır.

Qeyd edək ki, "Krokus Siti Holl"da baş verən teraktdan sonra Rusiyada miqrantlara qarşı münasibət sərtləşib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.