Rusiya

Tezliklə Odessa azad olacaq" - Zaxarova

2 May 2024 15:26
Baxış: 1 133
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tezliklə Odessa "Banderanın boyunduruğundan" azad olacaq və 2014-cü ildə Həmkarlar İttifaqları Evində baş vermiş faciənin təşkilatçıları layiqli cəzalarını alacaqlar.

Milli.Az Unikal-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. 

Zaxarova Həmkarlar İttifaqları Evində baş verən yanğının 10-cu ildönümü ilə bağlı şərhində deyib: "Əminik ki, müasir Banderaitlərin boyunduruğundan atılan Odessanın yenidən həqiqətən azad şəhərə çevriləcəyi gün uzaqda deyil".

Diplomatın sözlərinə görə, 2014-cü ilin mayında baş verənlərin günahkarları ədalətli şəkildə cəzalandırılacaqlar.


Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.