Rusiya

Erməni aktyoru öldürən Rəsul saxlanıldı

17 Aprel 2024 14:52
Baxış: 1 105
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Soçidə komediya aktyoru Amiran Gevorkyanın qətlində şübhəli bilinən şəxs həbs edilib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Dağıstandan olan 33 yaşlı Artur Rəsulov sağlamlığa ehtiyatsızlıqdan ölümlə nəticələnən ağır xəsarət yetirməkdə ittiham olunur.

Təqsirləndirilən şəxs bildirib ki, Gevorkyanı öldürmək niyyəti olmayıb, hər şey dava zamanı təsadüfən baş verib.

Məhkəməyə təqdim olunan materiallardan məlum olur ki, onlar arasında münaqişə 2024-cü il yanvarın 18-nə keçən gecə "Jemçujina" otelinin yaxınlığında baş verib. Dava zamanı Rəsul ermənini vurub və o, iki metr hündürlükdən yıxılaraq başından ağır xəsarətlər alıb.

Gevorkyan xəstəxanaya çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, bir neçə gün sonra dünyasını dəyişib. Təqsirləndirilən şəxs hadisə yerindən qaçıb və federal axtarışa verilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.