Rusiya

Tacikistan DİN - "FOTOsu yayılan şəxslərdən ikisi..." - YENİLƏNİB

23 Mart 2024 14:45
Baxış: 2 005
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:45

"Crocus City Hall"da törədilən terror aktından sonra "Telegram" kanallarında barələrində məlumat yayılan 3 Tacikistan vətəndaşının törədilən cinayətlə əlaqəsi yoxdur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Tacikistanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, onların ikisi Tacikistandadır, biri isə Rusiyanın Samara şəhərində işləyir.

Tacikistan DİN-in məlumatına görə, Rivociddin İslomov və Mahmadrasul Nasriddinov 2023-cü il 26 noyabr tarixində Rusiya Federasiyasından Tacikistan Respublikasına gəliblər və yaşayış yerlərindədirlər.

Nazirlik, həmçinin, adıçəkilən vətəndaşların fotolarını dərc edib. Daha bir vətəndaş Rustam Nazarovun isə hazırda Samarada taksi sürücüsü işlədiyi qeyd olunub.

Qeyd edək ki, Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Hadisə "Piknik" qrupunun konsertindən öncə baş verib.

---------

11:18


Moskva vilayətində "Crocus City Hall"da törədilən terror aktında Tacikistan vətəndaşlarının iştirakı ilə bağlı məlumatlar saxtadır.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Tacikistan Rusiya hakimiyyət orqanlarından respublika vətəndaşlarının Moskva vilayətində törədilmiş terror aktında iştirakı barədə məlumat almayıb.

Xatırladaq ki, ötən axşam Moskvadakı "Crocus City Hall"da terror aktı baş verib. Hadisə nəticəsində 80-dən çox adam ölüb. Hadisə ilə əlaqədər 2 nəfər şübhəli saxlanılıb. Onların Tacikistan vətəndaşı olduqları bildirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.