Rusiya

Rusiyada prezident seçkiləri davam edir

16 Mart 2024 10:30
Baxış: 599
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada martın 15-i start verilən prezident seçkiləri davam edir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Rusiya Mərkəzi Seçki Komissiyası hazırda ümumi seçici fəallığının 36,12 faiz təşkil etdiyini açıqlayıb.

Seçkilərin ilk günü paytaxt Moskvada 3 milyona yaxın insan səs verib.

Xatırladaq ki, Rusiyada prezident seçkiləri martın 15, 16 və 17-si olmaqla ilk dəfə 3 gün ərzində baş tutacaq. Ölkə prezidenti postu uğrunda dörd namizəd - Vladimir Putin, Vladislav Davankov, Leonid Slutskiy və Nikolay Xaritanov mübarizə aparır. Rusiyanın Mərkəzi Seçki Komissiyası seçkilərin ilkin nəticələrini martın 18-i günün birinci yarısında açıqlayacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.