Rusiya

14 nəfəri xilas edən azərbaycanlıdan örnək addım - FOTO

28 Yanvar 2024 16:48
Baxış: 2 173
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yanvarın 17-də Novosibirsk (Rusiya) şəhərində 14 nəfəri xilas edən Rza Rzayev sakinlərin ona minnətdarlıq əlaməti olaraq topladıqları 71524 rubl (təxminən 1380 manat) vəsaiti sağlamlıq imkanları məhdud uşaqların ehtiyacları üçün bağışlamaq qərarına gəlib.

Məlumata görə o, pulu internat məktəbinə ianə edib.

"Mən həmişə fürsət düşən kimi vətənimə gedirəm. Amma məndə həmişə sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəbinə kömək etmək istəyi olub, ona görə də bütün bu pulu onlara köçürmək qərarına gəldim", - deyə həmyerlimiz "Novosibirsk Onlayn"a bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.