Rusiya

“Qarabağ ətrafında sabitliyi pozmağa çalışırlar”

26 Noyabr 2023 16:47
Baxış: 1 018
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bəzi Qərb dövlətləri Qarabağ ətrafında sabitliyi pozmağa çalışır və regionda açıq şəkildə Rusiyaya qarşı mübarizə aparırlar".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

"Haradasa, yəqin ki, 3, 4, 5 il əvvəl də belə bir mübarizə diplomatik maskalarla aparılırdı. İndi bu maskalar çoxdan atılıb və üzbəüz, açıq şəkildə mübarizə aparılır. Doğrudan da bir sıra ölkələr hələ də Qarabağ ətrafında sabitliyi pozmağa çalışır.

Nəticədə Azərbaycan tərəfinin rəsmi şəkildə bəyan etdi ki, bu sayda dövlətlər birtərəfli mövqe tutduqları üçün çətin ki hər hansı vasitəçi roluna iddia edə bilərlər. Və təbii ki belə birtərəfli mövqe tutaraq nəyisə iddia etmək həm mümkün deyil, həm də yersizdir", - Kreml nümayəndəsi bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.