Rusiya

Aeroportda bağlamadan insan kəlləsi tapıldı - FOTO

11 Aprel 2023 16:48
Baxış: 1 319
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya paytaxtı Moskvanın Vnukovo hava limanında skanerlə yoxlamalar zamanı bağlamalardan  birinin içində insan kəlləsinin skeleti aşkarlanıb.

Məlum olub ki, bağlama ABŞ-yə göndərilirmiş. Lakin gömrük işçiləri bunun qarşısını alıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə yerinə gələn ekspertlər müəyyən ediblər ki, qalıqlar təxminən 10 il əvvəl dünyasını dəyişmiş insana aiddir.

Bağlamanı Moskva sakini olan İrina Lapina adlı qadın Çikaqo sakini Tom Bubana göndərirmiş. Belə bir insanın həqiqətən orada yaşadığı öyrənilib. İş adamı olan Bubanın əvvəllər öz tikinti şirkəti olub və o, eyni zamanda böyük bank şirkəti olan "Capital One"da analitik kimi işləyib. Hazırda kəllənin həqiqətən ona göndərilib-göndərilmədiyi araşdırılır.

Dəhşətli paket Rusiya polisi tərəfindən araşdırılır. Ölən şəxsin kimliyi müəyyənləşdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.