Rusiya

Azərbaycana qanunsuz taxta göndərən həbs olundu

3 Mart 2023 15:30
Baxış: 1 509
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Tomsk vilayəti üzrə Federal Təhlükəsizlik Xidməti strateji əhəmiyyətli resursların gömrük sərhədindən qanunsuz keçirilməsi kanalını dayandırıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, əməliyyat zamanı cinayət işi üzrə təqsirləndirilən şəxs müəyyənləşdirilib.

Məlum olub ki, saxlanılan şəxs milli diasporalardan birinin nümayəndəsi ilə xarici iqtisadi müqavilə çərçivəsində qeyri-qanuni yolla Azərbaycana ümumi dəyəri dörd milyon rubldan çox olan strateji əhəmiyyətli sərvətlər ixrac edib.

Hazırda Tomsk vilayətində və Dağıstan Respublikasında əməliyyat-axtarış tədbirləri keçirilir. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 226.1-ci maddəsinə əsasən, təqsirkarları yeddi ilə qədər həbs gözləyir.

Qeyri-rəsmi məlumatlara görə, söhbət meşə materiallarından gedir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.