Rusiya

NATO rus təyyarələrinə qarşı F-35-ləri qaldırdı

14 Fevral 2023 12:14
Baxış: 1 563
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyaya məxsus üç hərbi təyyarədən ibarət qrup Polşa hava məkanını pozub.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Niderland Müdafiə Nazirliyinin bəyanatında bildirilib.

Qeyd edilib ki, hava məkanının pozulmasının qarşısını Niderland Hərbi Hava Qüvvələrinə məxsus iki F-35 qırıcısı alıb:

"Naməlum təyyarələr Kalininqrad şəhərindən Polşa ərazisinə yaxınlaşıb", - bəyanatda deyilib.

Məlumata görə, təyyarələrin ikisi Su-27, biri isə İl-20M olub.

Xatırladaq ki, Polşada hazırda Niderland Hərbi Hava Qüvvələrinə məxsus 8 ədəd F-35 təyyarəsi yerləşdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.