Rusiya

Şaxta babanın xəz paltosu və əsası oğurlandı

26 Dekabr 2022 09:09
Baxış: 1 159
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sankt-Peterburqda naməlum şəxs Şaxta baba obrazını canlandıran aktyorun avtomobilindən kostyum və əsasını oğurlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, aktyor hüquq-mühafizə orqanlarına müraciət edib.

Zərərçəkmiş bildirib ki, işə gedərkən ərzaq mağazasında dayanıb. Ərzaq almaq bir neçə dəqiqə çəkib, lakin qayıdandan sonra Şaxta babanın kostyumunun və əsasının maşında olmadığını görüb.

Hüquq-mühafizə orqanları hazırda şübhəliləri müəyyənləşdirir və itmiş əşyaları axtarırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.