“Milçək kimi qırılırıq” - Rusiyanın bu kəndində çağırışçı qalmayıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ukrayna ilə Rusiya arasında aylardır davam edən hərbi əməliyyatlarda canlı qüvvə sarıdan ən çox itki verən tərəf Rusiyadır. Rəsmi rəqəmlər açıqlanmasa da, qeyri-rəsmi məlumatlara görə, bu rəqəm 100 minə yaxınlaşır. Və getdikcə hər ev, hər məhəllə əsgər ölümünə şahid olur. Məsələn, Rusiyanın Uzaq Şərqində kiçik bir kənddən yaşlı kişilərin böyük bir hissəsi prezident Vladimir Putinin Ukraynadakı müharibəsinə cəlb olunub.
Qərb mediası bu səbəbsiz müharibənin ucqar, yoxsul kəndə təsirindən yazıb. Sibirin Bukaçaça kəndi Zabaykalye diyarında yerləşir, 1200 sakini var. "Hakimiyyət Bukaçaçanı unutmuşdu. İndi, səfərbərlik vaxtı yadlarına düşüb", - deyə sakinlərdən biri bildirib. Bukaçaça kimi ucqar kəndlərdə sovet dövrünün zavodları çoxdan bağlanıb, gənclərin karyera perspektivi isə əsasən kömür mədənlərindən keçir. "Çağırış yaşı olanları evdən çıxarıb, avtobusa mindirib harasa apardılar", - deyə sakinlərdən biri bildirib. O, oğlunun hazırda Rusiyanın cənubunda Rostov-na-Donu şəhərində olduğunu, Ukrayna sərhədinin o tayına, 200 km məsafəyə "avadanlıq daşıdığını" söyləyib.
"Müharibə mövzusuna neytral baxırdı, ancaq ona deyəndə ki, özünü səfərbərlikdən xilas etsin, imtina etdi. Dedi ki, vətən çağırırsa, döyüşəcək. Daha onu dilə tutmadım", - İrina adlı qadın qeyd edib. "Burada kömür mədəni var, bu yer yaşamaq üçün deyil. Müharibəsiz də milçək kimi qırılırdıq. Tezliklə Ukraynadan gətirilən gəncləri dəfn edəcəyik. Baxın, artıq yeni məzarlar üçün yer hazırlayıblar", - deyən Andrey qarla örtülmüş ərazini göstərib. "Dedilər ki, yer çatmasa, yenə ayırarıq", - o, sözlərinə əlavə edib.
Azər Nuriyev
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
İlk “Milli Geyimlər Günü” festivalı çərçivəsində Gülnarə Xəlilovanın kolleksiyası təqdim olunub - (Foto)
-
İran qonşu ölkələri hədələdi
-
Rusiyada ayı 2 nəfəri parçaladı
-
Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək
-
Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb
-
Kobaxidze BMT Baş Assambleyasında iştirak edəcək
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
-
Yəməndə son döyüşlərdə husilərin 73 üzvü öldürülüb
-
Tarixi missiya uğurla yerinə yetirildi - DİN - (Video)
-
Tbilisidəki kütləvi zəhərlənmənin səbəbi məlum oldu
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Rafinya “Barselona” tarixində yeni rekorda imza atdı
-
Hava ilə bağlı son məlumat
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
-
Rusiyanın itkiləri açıqlandı
-
Aras Bulut İynemlinin narkotik istintaqında verdiyi ifadə üzə çıxdı
-
Kartof və makaron yeyənlərin nəzərinə: Təhlükəlidir
-
İran danışıqlara başlamaq üçün şərtlər irəli sürdü
-
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar - (Video/Foto)





