Rusiya

“Alfa-Bank”ın ofisində şübhəli bağlama tapılıb

12 Oktyabr 2022 16:44
Baxış: 1 042
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın paytaxtı Moskvanın cənub-şərqində "Alfa-Bank" ofisinin bankomatı yaxınlığında şübhəli əşya aşkar edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə yerinə kinoloji qrup cəlb olunub.

Bu barədə Moskva Fövqəladə Hallar Xidmətinin nümayəndəsi xəbər verib.

""Alfa-Bank"ın Zelenodolskaya küçəsində yerləşən ofisində bankomatın yanında şübhəli bağlama aşkar edilib", - deyə FHN nümayəndəsi qeyd edib.

O əlavə edib ki, bağlama itlərin və kinoloqların köməyi ilə öyrəniləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.