Rusiya

Rusiya və İran Mehridə toqquşdu: Zəngəzur yolu, ya təzyiq?

10 Avqust 2022 16:00
0 Şərh     Baxış: 1 561

Rusiya FTX-nin Mehridə yeni postlar qurması və bunu İrandan narkotik tranzitinin artması ilə izah etməsi İranda birmənalı qarşılanmayıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, İran rəsmiləri bunu Rusiyanın Ermənistanda Tehranın artan təsirini neytrallaşdırmaq istəyi kimi dəyərləndirməyə meyillidirlər.

Bununla bağlı İranın erməni əsilli deputatı Robert Beqleryan Ermənistan mediasına danışıb. O bildirib ki, Rusiya FTX-nin Mehri-Agarak yolu məsələsində narkotiklərə istinad etməsi daha çox bəhanə kimi görünür.

O, 44 günlük müharibədən 10 gün sonra İranın yüksək rütbəli rəsmiləri ilə görüşdüyünü və Azərbaycanın Zəngəzur bölgəsindən keçməklə Naxçıvana yol ala biləcəyi məsələsinin necə olacağı ilə maraqlandığını bildirib:

"Mənə dedilər ki, Azərbaycan maşın karvanlarının Rusiyanın müvafiq hüquq-mühafizə orqanları və ya hərbçiləri tərəfindən müşayiət ediləcəyi ilə bağlı müqavilələr barədə Rusiya İrana məlumat verib (söhbət 10 noyabr 2020-ci il bəyanatındakı Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək dəhlizin təhlükəsizliyinin Rusiya Sərhəd Xidməti tərəfindən təmin edilməsi ilə bağlı bənddən gedir - red.). Ona görə də mənə elə gəlir ki, bütün bunlar məhz həmin razılaşmaların həyata keçirilməsində yeni mərhələdir".

Beqleryan FTX-nin Zəngəzurda imkanlarını artırmasını Qafanda İran konsulluğunun açılması planları ilə bağlı ola biləcəyini də istisna etməyib:

"Demək olmaz ki, bu, təzyiqdir, amma yəqin ki, İranın Baş Konsulluğunun hansı təmsilçilikdə olacağı ilə bağlı Tehranla danışıqlara zəmin hazırlanır. Amma məsələnin narkotik və ya qaçaqmalçılıq olduğunu demək... Mən buna bir az geniş baxıram".

O qeyd edib ki, gömrükdə Ermənistanın hüquq-mühafizə orqanları var və bütün bu məsələlər İran tərəfi ilə həmişə müzakirə olunub və uğurla həyata keçirilib.

"Rusiyanın bəyanatlarının arxasında başqa tendensiyalar və ya planlar görürəm", - Beqlaryan əlavə edib.

Parlamentari Rusiya, Türkiyə və İran liderlərinin Tehranda keçirilən görüşünü xatırladıb və bu görüşdə Əli Xameneinin Tehranın bu məsələlərdə həssaslığını və "qırmızı xətləri"ni bəyan etdiyini vurğulayıb:

"Xamenei Rusiya Prezidenti Putinə deyib ki, Ukraynadakı müharibəyə görə Cənubi Qafqazda baş verən hadisələr diqqətdən kənarda qalmamalıdır. Xameneinin bu eyhamı açıq şəkildə səsləndirdiyini bilirəm. Bütün bunları müqayisə etsək, o zaman biz hazırda hansı prosesi müşahidə etdiyimizlə bağlı fərziyyələr irəli sürə bilərik".

Xatırladaq ki, avqustun 8-də Mehri-Aqarak şəhərləri arasındakı yolda Rusiya sülhməramlılarının sənədləri və yükləri yoxladığı aydın olub. Ancaq Ermənistan ərazisinə sülhməramlı kontingentin yerləşdirilməsi ilə bağlı heç bir sənəd yoxdur. Mehri icmasının rəhbəri Baqrat Zakaryan bildirib ki, rus sülhməramlılarının Mehri-Aqarak yolunda modul postları 9 aydır quraşdırılıb.

Rusiya FTX-nin Ermənistandakı Sərhəd Departamenti isə Mehri-Agarak yolunda nəzarətin gücləndirilməsini narkotik vasitələrin və psixotrop maddələrin (həşiş, metamfetamin, heroin) İrandan Ermənistana qanunsuz idxalına cəhdlərin artması ilə izah edib.

Milli.Az

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics