Rusiya

Budanov: 8 rus general ölüb, artıq qorxurlar

18 Aprel 2022 14:30
0 Şərh     Baxış: 1 102
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rus generalları arasında hücum əməliyyatları ilə bağlı razılıq yoxdur, çünki onlar döyüş meydanında ölməkdən qorxurlar.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.

"Əslində, ruslar onlar üçün həlledici döyüşə hazırlaşır. Onlar çox tələsirlər, çünki vaxt baxımından məhdudluq var. Onlar həqiqətən də heç olmasa, müəyyən qədər taktiki üstünlük əldə etmək və Rusiyanın bu "xüsusi əməliyyatda" "qalib gəldiyini" göstərə biləcək real nailiyyətlər üçün vaxt qazanmaq istəyirlər. Amma onlar uğur qazana bilməyəcəklər, heç yerə çatmayacaqlar və Ukrayna müdafiə olunacaq. İndiki mərhələdə 8 generalın öldürüldüyü dəqiq təsdiqlənir və bu amil onların çoxunu həqiqətən qorxudur", - o bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.