Rusiya

Yol polisinin 28 əməkdaşı saxlanıldı - saxta fotolar hazırlayıb sürücülərdən pul tələb ediblər

14 Aprel 2022 16:12
0 Şərh     Baxış: 1 583
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rostov vilayətində (Rusiya) yollarda sürücülərdən pul tələb edən 28 yol polisi əməkdaşı saxlanılıb.

Milli.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Mənbənin sözlərinə görə, şübhəlilər M-4 Don şossesi ilə hərəkət edən avtomobillərin guya yol hərəkətini pozduğunu əks etdirən saxta fotolar hazırlayıb sürücülərə təqdim ediblər. Bunun müqabilində onlardan 5000 rubl pul tələb ediblər. Beləliklə, 2017-ci ildən 2020-ci ilə qədər fırıldaqçılar 14 milyon rubldan çox vəsait əldəe diblər.

Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsi (rüşvət alma) ilə üç cinayət işi başlanıb. Təqsirləndirilən şəxslərin evlərində və xidmət etdikləri yerlərdə 95 axtarış aparılıb.

Anar Əli
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.