Rusiya

Rusiyanın böyük şirkətlərinin mindən çox əməkdaşı ölkəni tərk edib

8 Aprel 2022 09:12
0 Şərh     Baxış: 1 069
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın "Yandex", "Avito", "Tinkoff Bank" şirkətlərinin və ABŞ-ın Rusiya Federasiyasında fəaliyyət göstərən "DataArt" şirkətlərinin ümumilikdə mindən çox əməkdaşı bu ölkəni tərk edərək Türkiyəyə gedib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, mənbə iddia edir ki, təkcə "Yandex"in 900-ə yaxın əməkdaşı Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasından qısa müddət əvvəl ölkəni tərk edərək Türkiyəyə uçub, daha sonra isə onların da böyük əksəriyyəti Türkiyəni də tərk edərək başqa ölkələrə yollanıblar.

Qeyd edək ki, daha əvvəl çıxan məlumatlarda qeyd olunurdu ki, fevralın sonundan etibarən yeni texnologiyalar üzrə ixtisaslaşan yezlərlə mütəxəssis Rusiyanı tərk edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.