Rusiya

Rusiya Ukraynada bu silaha da əl atdı - Təfərrüat

19 Mart 2022 13:26
Baxış: 2 672
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Müdafiə Nazirliyi Ukraynada ilk dəfə olaraq döyüş əməliyyatları zamanı hipersəs silahlarından - "Xəncər" aviasiya raket sistemindən istifadə edildiyini açıqlayıb.

Milli.Az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov deyib:

"Hipersonik aeroballistik raketlərə malik "Xəncər" aviasiya raket sistemi İvano-Frankovsk vilayətində böyük yeraltı sursat anbarını məhv edib". Onun sözlərinə görə, Rusiya hərbçiləri Odessa vilayətindəki elektron kəşfiyyat mərkəzlərinə "Bastion" sahil raketlərlə də vurublar.

"Xəncəri"in funksiyası

Bu (hipersonik raket sistemi) həm stasionar obyektləri, həm də yerüstü gəmiləri vurmaq iqtidarındadır. Bu, "İskəndər" kompleksinin aviasiya versiyasıdır. İlk dəfə Vladimir Putin tərəfindən 2018-ci ilin mart ayında Federal Məclisə müraciətində elan edilib. Döyüş platformasının (daşıyıcı təyyarə) funksiyalarını MiQ-31 uzaqmənzilli səsdən sürətli qırıcı-tutucusu yerinə yetirir. Bildirilib ki, raket müəyyən nöqtəyə düşdükdən sonra hipersəs sürətlə uçur, səs sürətini 10 dəfə üstələyib və bütün uçuş marşrutu boyunca manevr edib.

Bu raketin buraxılması üçün xüsusi olaraq təkmilləşdirilmiş MiQ-31 qırıcısı əslində onun ilk pilləsi kimi xidmət edir, 12-15 min metr hündürlükdə atmosferin sıx təbəqələrindən kənarda buraxılır. Raketin uçuşu da əhəmiyyətli hava müqavimətinin qarşısını almaq üçün stratosferin kənarında baş verir.

Anar Əli
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.