Rusiya

İnstaqram Rusiya və Ukrayna üçün bu özəlliyi bağlayır

9 Mart 2022 21:00
0 Şərh     Baxış: 1 079
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İnstaqram sosial şəbəkəsi Rusiya və Ukraynadan olan istifadəçilərin abunəsində olan adları gizlədəcək.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə platformanın bağlı olduğu "Meta" şirkətinin müvafiq bəyanatında əks olunub.

"Ukrayna və Rusiyadakı abunəçilərimizi qorumaq üçün hər iki ölkədə olan şəxslərin abunələri haqqında məlumatları gizlədəcəyik" - deyə, şirkətin rəsmi saytında dərc olunub.

Bundan başqa, rusiyalı və ukraynalı abunəçilərin hesabları artıq "qarşılıqlı izləyicilər" siyahısında göstərilməyəcək.

Şirkət həmçinin vurğulayıb ki, bu gündən etibarən Rusiya dövlət mediasının internet saytlarına keçidi olan xəbərləri işarələyəcək. Rusiya media hesablarından olan nəşrlər də "tövsiyə olunan" və "reels" nişanlarında göstərilməyəcək, beləliklə onların hesablarını tapmaq daha çətin olacaq.

Qeyd edək ki, ABŞ və Aİ ölkələrinin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsindən sonra "Roskomnadzor" feysbuku bloklayıb, tviteri isə yavaşladıb. İnstaqram və feysbuk Rusiyadan olan istifadəçilərinə reklam kampaniyalarını qadağan edib. Həmçinin "TikTok" rusiyalı istifadəçilərə video yerləşdirməyi və canlı yayım etməyi əngəlləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.