Rusiya

“GUAM yaratmışdılar, bizə qətiyyən xoş deyildi. İşləmədi...”

2 Fevral 2022 15:26
0 Şərh     Baxış: 714
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna, Böyük Britaniya və Polşa arasında yeni siyasi əməkdaşlıq formatı ancaq "boşboğazlıqdır" və belə ittifaqın heç bir perspektivi yoxdur.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda Rusiyanın Londondakı səfiri Andrey Kelin "SolovyovLive" YouTube kanalında deyib.

Diplomat bildirib ki, Şərqi Avropada bundan əvvəl də bu cür kiçik ittifaqlar yaratmaq cəhdi olmuşdu. Misal kimi o, Vışeqrad qrupunu-Çexiya, Polşa, Macarıstan və Slovakiyanın ittifaqını göstərib. "Sonra amerikalılar Baltik-Qara dəniz zolağı yaratmaq cəhdi etdilər, fikrimcə bu ideya ümumiyyətlə reallaşmadı. GUAM yaradıldı, hər halda  o bizə qətiyyən xoş deyildi-bu Gürcüstan, Ukrayna, Moldova, Azərbaycanı birləşdirirdi, amma işləmədi",-səfir əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.