Rusiya

Rusiyada əcnəbilər üçün uşaq dünyaya gətirmək qadağan oluna bilər

18 Yanvar 2022 13:42
0 Şərh     Baxış: 1 021
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Dövlət Duması surroqat analarının əcnəbilər üçün uşaq dünyaya gətirməsini qadağan etmək istəyir. Bu barədə qanun layihəsinin fevral ayında qəbul ediləcəyi düşünülür.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, layihədə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Rusiyada surroqat anadan istifadəsinə qadağa qoyulması təklif edilir. Bundan əlavə, bu qadağaya kimi surroqat ana tərəfindən doğulan və ya tərbiyə olunan uşaqlar məcburi Rusiya vətəndaşlığını almalıdırlar.

Qeyd edək ki, Rusiya surroqat analığın mümkün olduğu ölkələrdən biridir. Almaniya, Avstriya, İtaliya, Fransa, İsveçrə və Baltikyanı ölkələrdə bu qadağandır.

Böyük Britaniyada ancaq pulsuz əsaslarla mövcuddur, yəni uşağa bir əmtəə kimi münasibət istisna olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.