Türkyiə Baş Nazirliyindəki Osmanlı arxivlərində saxlanan sənədlər və 19-cu əsrə aid salnamələrə görə, Hz.Məhəmmədin (s.ə.s) əmisi oğlu Hz.Ukaylın (ə.s.) məzarı Diyarbəkirin Çarıklı bölgəsindəki Adaklı kəndindədir.
Professor Mehmet Salih Ərpolat və Diyarbəkirin müftisi Əli Mələk də deyirlər ki, Diyarbəkirdə çoxsaylı seyid, yəni peyğəmbər (s.ə.s) soyundan gələn insanların məzarları var.
1316-cı ilə şamil edilən "Salnameyi Diyarbəkir"də də şəhərdə müqəddəslərin məzarlarının mövcudluğunun xüsusi qeyd olunduğunu vurğulayan professor Kənan Haspolatın dediyinə görə, Hz.Əlinin (ə.s.) qardaşı İmam Ukaylın (ə.s.) məzarının Adaklı kəndində olduğuna hübhə etmir.
Türkiyədə bir qrup alim isə həmin məzarda İmam Ukayl yox, onun övladlarından birinin dəfn edildiyini vurğulayır, Hz.Əlinin (ə.s.) böyük qardaşıının Mədinə şəhərindəki "Cənnətül Baki"də uyuduğunu söyləyirlər.
"Onların dedikləri əsassızdır, çünki rəvayətlərə əsaslanırlar. Osmanlı arxivlərində, elə "Salnameyi Diyarbəkir"in özündə açıq göstərilir ki, İmam Ukaylın (ə.s.) məzarı Adaklıdadır. Sənədlərə görə, 1915-ci ilədək Diyarbəkirdə İmam Ukayl dərnəyi və məscidi olub, sonrakı illərdə isə yox edilib. Hazırda Diyarbəkirdə yaşayan Diken ailəsinin də bilavasitə İmam Ukaylın soyundan gəldiyinə şübhə etmirəm. Üstəlik, Diyarbəkirdə onlarla ailənin keçmişi Hz.Məhəmməd (s.ə.s) və onun səhabələrinin soylarına bağlıdır. Osmanlı arxivlərindəki bir sənədin ilk cümləsində isə yazılıb: "Maruzi çakeri kimesneleridir ki, ibn Ammi Cenabi Resuli-Kbiriya Hz.Ukayl (ə.s.) təala əfəndimizin Diyarbəkir vilayətindəki Amid nahiyəsində vaki məscidi şərifləriylə türbeyi səadətlərinə mərbut"... Bu sənədlər də şübhə altına alına bilərmi?" - professor Kənan Haspolat deyib.
Orxan
Milli.Az


