Din

Şeyxülislam: “İnsanların dini təhsil alması onların gələcəkdə molla olması demək deyil”

17 May 2010 18:22
Baxış: 186
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri, bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə BDU-nun jurnalistika fakültəsinin tələbələri ilə görüşündə məlumat verib: "Hər kəsin vicdan azadlığı var. Gec-tez bu məsələ həllini tapacaq və orta məktəblərdə dinin tarixi, fəlsəfəsi tədris olunacaq".

QMİ sədrinin sözlərinə görə, insanların dini təhsil alması o demək deyil ki, onlar gələcəkdə molla olacaqlar.

Şeyx həmçinin bildirib ki, Bakı İslam Universitetinə lisenziya verilib: "Burada təhsil alanlara diplom veriləcək. Həmin diplomu dövlət verəcək və həmin şəxslər dövlətdə işlə təmin olunacaqlar".

QMİ sədrinin müavini Hacı Sabir Həsənli isə bildirib ki, Bakı İslam Universitetində təhsil alanlara dinin tədrisindən əlavə ictimai elmlər də öyrədilir: "Onlar sırf molla kimi deyil, pedaqoq kimi hazırlanır. Əgər eksperiment olaraq məktəblərin birində dinin tədrisinə icazə verilərsə, bizim bunun üçün pedaqoqlarımız var və buna hazırıq".

/Trend/

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.