Bölgə xəbərləri
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Şəkidə fizika, riyaziyyat və humanitar təmayullü lisey yeni tədris ilinə hazırlaşır - VİDEO
30 Avqust 2012 14:33
Baxış: 8 098
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, Şəkidə fəaliyyət göstərən fizika, riyaziyyat və humanitar təmayullü lisey 2012-2013-cü tədris ilinə hazırlaşır. Liseyin fəaliyyətə başlamasının 20 illiyi ilə əlaqədar burada əsaslı təmir işləri aparılır. Təmir işlərinə cari ilin
may ayında başlanılıb. İlkin olaraq tikinti-təmir və təchizat işlərinə 450 min manat vəsait ayrılıb.
Bundan başqa, yeni idman zalının tikilməsi, həyətdəki idman meydançasının yenilənməsi nəzərdə tutulur. Yeni tədris ilinə kimi 450 şagirdlik 5-mərtəbəli korpusun 3 mərtəbəsinin təmir-bərpası başa çatdırılacaq və liseyin şagirdləri yeni və müasir standartlara cavab verən sinif otaqlarında təhsil almaq imkanına malik olacaqlar.
Təmirlə yanaşı, liseyə yeni şagirdlərin qəbulu prosesi də aparılır. Qəbul fənn müəllimlərinin iştirakı ilə müsabiqə yolu ilə həyata keçirilir. Texniki, humanitar və təbiət təmayülləri üzrə tədrisin aparıldığı liseyə qəbulun müsabiqə yolu ilə aparılmasında məqsəd isə şagirdlərin gələcək sinif və təmayüllərinin müəyyənləşdirilməsidir. Təmirlə əlaqədar sonuncu müsabiqə bütün fənlər üzrə olmaqla sentyabr ayınında keçiriləcək.
Cari ilin yanvar ayından liseyə qəbul olunacaq yeni şagirdər üçün ödənişsiz hazırlıq kursları təşkil olunub. Artıq şagird adını qazanacaq 50-dən çox uşaq hazırlıq mərhələsini başa vurub. Bu müddət ərzində uşaqlar oxumaq, yazmaq, saymaq, şeir əzbərləmək və bu kimi bacarıqlara yiyələniblər.
Lisey fəaliyyət göstərdiyi 20 il ərzində bir çox uğurlara imza atıb. Bu il ali məktəblərə imtahan verən 36 məzundan 24-ü müvəffəqiyyət qazanıb və Azərbaycan, eləcə də Türkiyə, Rusiya və Gürcüstanın ali məktəblərinə qəbul olunublar. İmtahanlarda lisey məzunlarından 2 nəfər 600-dən, 5 nəfər isə 500-dən çox bal toplayıblar. Bacarıqlı və təcrübəli müəllim kollektivinin çalışdığı liseydə dərslər yüksək səviyyədə tədris olunur. Liseyin iki müəllimi tərəqqi medalına layiq görülüb, bir müəllim isə əməkdar müəllim adını qazanıb.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Nə elektrik, nə də qaz: Karton qutu ilə yemək bişirməyin yolunu tapdılar
-
İlqarə necə arıqladığını açıqladı
-
Süni intellekt şirkətlərindən etiraf: Nəzarəti itiririk
-
"Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar olacaq"
-
Unsuz kokoslu peçenye resepti
-
Bu ölkə parçalana bilər
-
“Süni intellekt gəlirimizi azaldır, buna son qoymalıyıq“ - Rafet El Roman
-
HR mütəxəssisi: 'Müsahibədə bu sözü deyənləri dərhal işə götürürük'
-
Yataraq 2 milyon qazanacaqlar
-
Günün qoroskopu: Alacağınız xəbər əhvalınızı birdən-birə yüksəldəcək
-
“Xaricilər gəlir, 1 milyon pul aparır, amma bizimki 40 min götürə bilmir“ - Elcan Rəsulov - (Video)
-
“Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
-
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
-
Kıvançın evində xidmətçi damdan yıxıldı - reanimasiyadadır
-
"Bavariya" səfərdə qalib gəldi - (Video)
-
"Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
-
İstanbulda avtobus yandı - ölən və yaralananlar var - (Foto/Video)
-
Arda Gülər sevgilisi ilə “Formula-1”də - (Video)
-
Yasamal və Xəzərdə işıq olmayacaq
-
Mançester derbisini “Siti” qazanıb - (Video)
-
"Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürəcək
-
"Kurtlar Vadisi Pusu"nun ssenaristləri ifadə verəcəklər
-
Anant Ambani dünyanın ən bahalı saat kolleksiyasına sahibdir - (Foto)
-
“Təmiz qolumuz sayılmır, qapımıza gülünc penalti təyin olunur” - (Video)