Radio Verilişlərin arxivi

Azərbaycanın ən bahalı gitara müəllimi saatlarla pulsuz oxumağa hazırdır - FOTO

27 İyun 2012 12:12
5 Şərh     Baxış: 3 708
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
"Elə "Yeni ulduz"çular var ki, hələ də müqaviləyə əsasən getdikləri toydan faiz verirlər". Bunu Day.Az Radioda Elman Bakuvinin təqdimatında efirə gedən "Start" verilişində qonaq olan Çingiz Mustafayev deyib.

O, "Yeni ulduz" müsabiqəsində qalib kimi 10 min manat mükafat aldığını və bu pulla İspaniyada təhsil aldığını bildirib. İndi isə oxumaqla yanaşı, gitara dərsləri də verən Çingiz Mustayev Azərbaycanda ən bahalı müəllim olduğunu deyib: "Əvvəllər vaxtım da çox idi, tələbəm də, indi zamanım az olduğundan çox az gitara ifaçısı hazırlaşdırıram. Şərtlər elə də sərfəli deyil. Kursların qiymətini deməyəcəm, ancaq onu deyə bilərəm ki, Azərbaycanda ən bahalı gitara müəllimi mənəm".

Populyar müğənni konsert verərkən əsasən gəlirə yox, keyfiyyətə üstünlük verdiyini bildirib: "İstəmərəm, böyük sarayda konsertim olsun ki, oraya hər yoldan keçən gəlsin. Mənim ifa etdiyim musiqi elə musiqidir ki, onu hər kəs anlaya bilməz. Burada sintez, flamenqo, İspaniya xalq musiqisi var. Bu barədə istənilən insandan soruşsaq, "biabırçılıq" olduğunu deyəcək. İstəmərəm, onlar bilet alıb konsertimə gəlsinlər və mən pul qazanım. Mənim təbliğ etdiyim musiqiyə heyfim gələr, çünki onlar bunu anlamırlar. Bu musiqini sevən, dəyər verən insanlar üçün isə saatlarla pulsuz oxuyaram".

Verilişin audioversiyasını buradan dinləyə bilərsiniz:










Azernews Newspaper

XƏBƏR LENTİ