Milli Məclisin sədri Sahibə Qafarova Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərlə görüşüb
İspaniyada işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 28-də Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərlə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a bildirilib ki, görüşdə Sahibə Qafarova Pakistan parlamentinin rəhbərini səmimiyyətlə salamlayaraq, ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlığın böyük əhəmiyyət daşıdığını qeyd edib. Azərbaycan və Pakistanın dost və qardaş ölkələr olaraq, hər zaman bir-birini dəstəklədiyini söyləyən Milli Məclisin sədri yüksək səviyyəli münasibətlərin qanunverici orqanlar arasında da əməkdaşlığın genişləndirilməsinə zəmin yaratdığını qeyd edib.
O, bu ilin yayında Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərin ölkəmizə rəsmi səfərinin əlamətdar hadisələrlə müşayiət olunduğunu xatırladaraq, səfər çərçivəsində Azərbaycan Milli Məclisi ilə Pakistan Milli Assambleyası arasında imzalanan Anlaşma Memorandumunun, həmçinin Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin Birinci Üçtərəfli Görüşündə qəbul edilən Bakı Bəyannaməsinin tarixi əhəmiyyətə malik olduğunu, 3 qardaş ölkənin - Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin ölkəmizin mədəniyyət paytaxtı olan Şuşaya və işğaldan azad olunmuş Füzuliyə səfərlərinin böyük rəmzi məna daşıdığını vurğulayıb.
Spiker Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılmasına dair Azərbaycanın təşəbbüsünü dəstəklədiklərinə görə Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərə razılığını bildirib.
Görüşdə Əsəd Qeysər Azərbaycanla hərtərəfli əməkdaşlığın inkişafında maraqlı olduqlarını vurğulayıb. O, qeyd edib ki, Pakistanın mövqeyi dəyişməzdir, ölkəsi hər zaman Azərbaycanın haqlı mövqeyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib, bundan sonra da dəstəkləyəcək.
Pakistan Milli Assambleyasının sədri post-müharibə dövründə Azərbaycanın bölgədə əmin-amanlığın yaranması istiqamətində mühüm addımlar atdığını, eyni zamanda işğaldan azad olunmuş ərazilərində irimiqyaslı bərpa və quruculuq işləri apardığını təqdir etdiklərini bildirib. O, Şuşaya və Füzuliyə səfər zamanı gördüklərindən çox təsirləndiyini qeyd edib.
Əsəd Qeysər ölkələrimiz arasında əlaqələrin hazırkı səviyyəsinin məmnunluq doğurduğunu, hərtərəfli əməkdaşlığın perspektivdə genişləndirilməsi üçün böyük potensial olduğunu diqqətə çatdırıb, parlamentlərarası əlaqələrimizin yüksələn xətlə inkişaf etdiyini bildirib.
Söhbət zamanı ikitərəfli münasibətlərin, parlamentlərarası əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb, əlaqələrimizin dərinləşməsinin xalqlarımızın mənafeyinə xidmət edəcəyinə inam ifadə olunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - (Video)
-
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - (Foto)
-
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
-
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu açıqlaması
-
Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
-
Polşada gərginlik pik həddə - Prezident təcili iclas çağırdı
XƏBƏR LENTİ
-
Doğum gününüz haqqınızda nə deyir
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - (Video)
-
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - (Foto)
-
Salyanda ağır qəzada ölən şəxslərin fotoları - Yenilənib - təfərrüat
-
Ağstafada iki məktəbli qızı avtomobil vurdu
-
“Qalatasaray”da daha bir istefa
-
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələrinin təqdimatında iştirak ediblər - (Foto)
-
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
-
“Fənərbaxça” Dambrauskasa 3 illik müqavilə təklif etdi
-
Bərdədə evdən meyiti tapılan yeniyetmənin fotosu
-
Fransada iğtişaşlarda 200-dən çox insan yaralanıb, 779 nəfər saxlanılıb
-
Rusiyalı zənginlərin sərvəti 28 milyard dollar azaldı
-
Güləşçimiz dünya çempionatında qələbə qazandı
-
“Neftçi” liderliyə yüksəldi
-
Azərbaycanda professor vəfat etdi
-
Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Rusiya ordusu Ukraynanın PUA bazalarını vurdu
-
"Qalatasaray” klubunun vitse-prezidenti istefa verdi
-
Ərdoğandan Rusiya və Ukraynaya çağırış
-
Gəncədə evdən meyit tapıldı
-
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
-
Göygöldə yük maşını divara çırpılıb, ölən var
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
-
Azərbaycanda yanğınsöndürənlərin dünya çempionatı keçiriləcək





