Siyasət

Paşinyanı parlamentdə vətənə xəyanətdə ittiham etdilər, ara qarışdı - VİDEO

18 Noyabr 2021 07:59
1 Şərh     Baxış: 2 568

Ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyanın parlamentdə çıxışı zamanı qalmaqal yaşanıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, "Şərəfim var" blokunun üzvü Hayk Mamicanyan Paşinyanı vətənə xəyanətdə ittiham edib.

Mamicanyan parlamentdə hökumət rəsmiləri ilə sual-cavab iclasında üzünü Paşinyana tutaraq deyib:

"Ədliyyə nazirinizin penitensiar müəssisələrin təmiri təşəbbüsü ilə çıxış etməsi yaxşı haldır, çünki siz gələcəkdə orada olacaqsınız".

"Sənə pis xəbərim var. Mən Ermənistanda dörd penitensiar müəssisədə olmağı bacarmışam və orada özümü heç pis hiss etməmişəm" - deyə Paşinyan cavab olaraq bildirib.

Bu zaman onun rəhbəri olduğu "Vətəndaş müqaviləsi" partiyasından seçilən deputatlar Paşinyanı müdafiə etməyə çalışıblar. Lakin bu, əvvəlcə deputatların mübahisəsinə, ardınca isə bir-birilərini təhqir etməsiylə nəticələnib.

Bunun davamında müxalifət deputatları opponentlərini sona qədər dinləmədən iclası tərk ediblər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.