Növbəti müharibə başlayır? - Ermənistanı azğınlaşdıran SƏBƏB
"Ermənilərin təxribatlarının artmasında gözlənilməyən bir şey yoxdur. Əgər biz ümumiyyətlə Ermənistanla münaqişə başlayandan və onların işğalçılıq siyasətindən bu günə kimi nəzər salsaq, görərik ki, ermənilər dəsti-xətti eynidir, heç nə də dəyişməyib, hələ dəyişə də bilməyəcək kimi görünür".
Bunu Milli.Az-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.

O bildirib ki, Ermənistan müəyyən təzyiq altında sülh müqaviləsinə qol çəkməmək üçün belə bir gərginlik yaradır:
"Sülh sazişinin imzalanmasına doğru gedildiyi bir vaxtda bunu istəməyən istər Ermənistan daxili, istərsə də xarici revanşist qüvvələr, diasporalar, bəzi iri dövlətlər Azərbaycanın zəfərini həzm etmək istəmirlər. Təbii ki, bu da sərhəddə təxribatların çoxalmasına gətirib çıxartdı.
Təxribatları çoxaldan amillərdən biri də Paşinyanın Ermənistanda söz sahibi olmamasıdır. Ötən gün Arşak Karapetyanı da vəzifəsindən istefaya göndərməsi də onu göstərir ki, onun komandasına ona xidmət edən siyasətini həyata keçirən insanlar çox azdır. Deyərdim ki, bu da Paşinyanın gah Rusiya, gah da Qərb, ABŞ-la masa arxasında oturmasının nəticəsidir. Ümumiyyətlə görünür ki, Ermənistanda hakimiyyətə kim gəlir gəlsin, o, müəyyən qüvvələrə xidmət edən, onların sifarişlərini yerinə yetirən bir qruma çevrilir, bunun da nəticəsində müstəqil siyasət yürüdə bilmirlər.
Paşinyan hakimiyyətə gəldikdən sonra keçmiş Qarabağ klanının gücünü zəiflətməyə, kapitallarını azaltmağa çalışsa da, son proseslərdən belə aydın olur ki, onların hələ də gücləri var. Hazırda onların əlində təxribatlar törətmək, terrorçuluq, atəşkəsi pozmaq üçün geniş imkanları var. Hazırda ermənilər çalışırlar Azərbaycanın ərazisində postlar qursunlar, yüksəklikləri ələ keçirsinlər. Ancaq Azərbaycan Ordusu öz işini görür.
Azərbaycan ərazisində müvəqqəti yerləşən sülhməramlı qüvvələr yaxşı-pis xidmətləri davam edir. Bəs Azərbaycan sərhədləri daxilində, Şuşa ətrafında niyə ermənilər bu cür təxribatlar törədirlər?! Ona görə ki, hələ indiyə kimi də qanunsuz silahlı qüvvələrin olduğu, hələ ki, Azərbaycan qanunlarının müvəqqəti olaraq işləmədiyi ərazidə nəzarəti Rusiya sülhməramlı qüvvələri aparır. Bu nəzarətin bir mexanizmi də ondan ibarətdir ki, qanunsuz silahlı birləşmələr tərkisilah edilməlidir. Necə olur, Suriyada İŞİD-ə qarşı çıxırlar, deyirlə İŞİD qanunsuz silahlı birləşmələrdir, terrorçudurlar, orada silahlıları tərkisilah edirlər, zərərsizləşdirirlər. Amma Azərbaycan ərazisində sülhməramlılar yanlarında gəzən silahlı erməniləri tərkisilah etmirlər. Hansı qanun əsasında onlar hələ də həmin ərazilərdə qalıblar?!
Hələ də silahlı ermənilərin təxribatlar törətmək üçün imkanları var. Hələ ki, ermənilər qumbara və digər silahlarla hətta Rusiyanın cavabdehlik daşıdığı Laçın dəhlizindən keçərək sərbəst hərəkət edirlər. O zaman sual ortaya çıxır: Onda rus sülhməramlıları o blok-postları niyə qurublar? Əgər oradan silahlı şəxslər keçə bilirlərsə, Rusiya sülhməramlı qüvvələri orada kimi, nəyi yoxlayırlar? Belə çıxır ki, Azərbaycan tərəfini yoxlamaq üçün orda mövqe tutublar.
Ermənilər artıq səhədboyu artileriyadan mövqelərimizi almağa başlayıb. Azərbaycan onlara cavab verir və bu belə də davam edəcək. Atəşkəsin elan edilməsində əsas tərəflərdən biri olan Rusiya da bu təxribatlara müdaxil imkanına malikdir. Düşünmürəm bu gərginlik çox dərinə getməyəcək. Hər halda bütün bu addımlar onu göstərir ki, erməni tərəf müəyyən təzyiq altında sülh müqaviləsinə qol çəkməmək üçün belə bir gərginlik yaradır ki, sülh barədə söhbət getməsin. Eyni zamanda bu təxribatlar Zəngəzur dəhlizinin açlmasını əngəlləmək məqsədi daşıyır. Bu fonda istəyirlər ki, Azərbaycanla Rusiya arasında müəyyən soyuqluq yaratsınlar. Amma bütün bu təxribatların qarşısını Azərbaycan tərəfi alacaq və bu məsələ dərhal Rusiyadan da reaksiya veriləcəyini düşünürəm. Çünki ya Ermənistan tərəfi atəş açmamalı idi, ya da ki, ermənilərin adından sərhədlərinin toxunulmazlığına görə cavabdehlik daşıyan ruslar gərək bu məsələ müdaxilə etsinlər, yenidən atəşkəs bərpa edilsin".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan, ABŞ və Ermənistan arasında Vaşinqtonda üçtərəfli görüş keçirilib - XİN
-
İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük
-
İlham Əliyevin sosial şəbəkə səhifələrində Mehriban Əliyeva ilə Naxçıvana səfərindən görüntülər paylaşılıb (Video)
-
Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir
-
Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur
-
Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır
XƏBƏR LENTİ
-
Su və kefiri unudun: Qaraciyəri təmizləyən sağlam içki bəlli oldu
-
Yuxuda qapının açılmaması nə deməkdir?
-
“Miss Turkey 2022”nin toyunda 34 nəfər nikah şahidi oldu - (Foto)
-
"Dinamo Kiyev" Bakıya ciddi itki ilə gəlir
-
Gəncədə evdən yeniyetmə qızın meyiti tapıldı
-
Bir neçə kənd işıqsız qalacaq
-
71 yaşında 33 yaş kiçik xanımla evləndi (Foto)
-
Ronaldo evləndi - Nikahdan ilk fotonu özü paylaşdı
-
Azərbaycan, ABŞ və Ermənistan arasında Vaşinqtonda üçtərəfli görüş keçirilib - XİN
-
Çempionlar Liqası: "Sabah"ın rəqibi bilindi
-
Burak və Fahriyənin bir bölümdən qazanacağı qonorar bəlli oldu
-
Günün qoroskopu: Görünüşünüzdə dəyişiklik etmək istəsəniz, vaxtıdır
-
Təbriz səmasında qeyri-adi işıq görünür - (Video)
-
Bakını 3 rayonunda qaz kəsiləcək
-
Bred Pitt 7 il sonra yenidən spirtli içki içdi
-
Vlahoviç "Beşiktaş"da
-
İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük
-
Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
-
İlham Əliyevin sosial şəbəkə səhifələrində Mehriban Əliyeva ilə Naxçıvana səfərindən görüntülər paylaşılıb (Video)
-
Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir
-
Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur
-
Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır
-
Prezident: Biz Avropaya elektrik enerjisi ilə də çıxmaq istəyirik
-
İlham Əliyev: Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcək





