Siyasət

Prezident İlham Əliyev Türkiyənin sabiq Baş naziri Binəli Yıldırımı qəbul edib - VİDEO - FOTO

5 Noyabr 2021 12:02
Baxış: 615

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Türkiyə Respublikasının sabiq Baş naziri Binəli Yıldırımı qəbul edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə "COVID-19-dan sonrakı dünya" adı altında VIII Qlobal Bakı Forumunun mühüm məsələləri müzakirə etmək baxımından çox vacib beynəlxalq tədbir olduğu bildirildi, bu Forumun yüksək səviyyədə təşkil olunduğu vurğulandı.

Qeyd edildi ki, pandemiyaya baxmayaraq, Forumda çox sayda nüfuzlu qonağın iştirak etməsi bu tədbirə və Azərbaycana olan marağı göstərir. Forumun beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik bildirildi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.