Siyasət

Gələn il əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər və digər sosial ödənişlər artırılacaq - Vəsait ayrıldı

5 Noyabr 2021 11:43
Baxış: 3 934

Gələn il ölkədə əmək pensiyalarının, sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin artırılması üçün vəsait ayrılıb.

Milli.Az xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, bu istiqamətə 2022-ci ilin dövlət büdcəsindən 1441, 3 milyon manat vəsait nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycanda 2022-ci ilin sonunda əmək pensiyalarının orta aylıq məbləğinin 343, 17 manat təşkil edəcəyi proqnozlaşdırılır. 2021-ci ilin sonuna isə bu rəqəmin 327,50 manat olacağı proqnozlaşdırılır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.