Siyasət

Ermənistan Azərbaycanın təklifinə CAVAB VERDİ

4 Noyabr 2021 23:11
0 Şərh     Baxış: 4 067

Regional əməkdaşlıq formatları Qarabağ münaqişəsinin həlli üzrə Minsk Qrupu həmsədrlərinin himayəsi altında aparılan danışıqlar prosesini təkrarlamamalıdır.

Bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vahe Gevorqyan deyib.

Nazir müavini bildirib ki, regionda vəziyyət dəyişir, üçmərhələli qarşılıqlı fəaliyyət formatları yaradılır:

"İrəvan müxtəlif platformalarda, o cümlədən "3+3" formatında regional məsələlərin müzakirələrində iştirak etmək təklifləri alıb. Daxil olan bütün təkliflər müzakirə olunur və konkret qərarlar barədə danışmaq hələ tezdir. Bütün riskləri və perspektivləri ölçüb-biçmək, bu məsələyə vahid yanaşma nümayiş etdirmək zəruridir".

Qeyd edək ki, "3+3" (Azərbaycan-Gürcüstan-Ermənistan və Türkiyə-Rusiya-İran) formatında əməkdaşlıq təklifini Bakı və Ankara irəli sürüb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.