Düşmən savaş istəyirsə, alacaq
"Müharibə başa çatıb və düzdür, bizi hələ döyüşməyə məcbur edirlər, biz də hazırıq".
Prezident İlham Əliyevin Qubadlının işğaldan azad edilməsinin ildönümü ilə bağlı keçirilən mərasimdə səsləndirdiyi bu fikirlər tarixi bir bəyanat, bir mesaj kimi qəbul edilə bilər. Prezident rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə bir daha bəyan edib ki, "bu Qələbə bütün dünyaya bizim böyük xalq olduğumuzu göstərdi, eyni zamanda, bizi sözün yaxşı mənasında məcbur edir ki, biz qabağa ancaq düz yolla gedək. Bax, sizinlə bərabər, bütün Azərbaycan ictimaiyyəti ilə bərabər biz bu yolu gedəcəyik. İndi mən hansı statusda bu yolu gedəcəyəm, o, ikinci məsələdir. Əsas odur ki, ömrümün sonuna qədər mən bu yolla gedəcəyəm, İnşallah, sizinlə bərabər".
Bəli, Azərbaycan 44 günlük müharibədə sözün əsl mənasında dünya hərb tarixinə qızıl hərflərlə yazılacaq günlər yaşatdı. Məhz aparılan uğurlu siyasətin nəticəsidir ki, bu gün ölkəmiz bütün sahələrdə olduğu kimi, hərbi sahədə də ən qüdrətli dövlətlərdən birinə çevrilib. Dövlət başçısının da söylədiyi kimi, bu gün dövlətimiz istər siyasi meydanda, istər hərbi meydanda öz sözünü deyib. "Biz artıq göstərmişik ki, heç kimin qabağında baş əyən xalq deyilik" deyən dövlət başçısının bu sözləri bir mesaj kimi qəbul edilməlidir. Prezident bu mesajı 44 günlük müharibədə məğlub edilməsinə baxmayaraq revanşist əhval-ruhiyyədə olan qüvvələrə yönəlib. Həmin qüvvələr və onların havadarları anlamalıdırlar ki, hər hansı bir təxribat və yaxud revanşizm cəhdi yerindəcə məhv ediləcək.
Ermənistan və ona havadarlıq edən qüvvələr prezidentin bu sözlərindən dərs çıxarmalıdır. Anlamalıdır ki, 44 günlük zəfərin bitmədiyini bəyan etməklə özlərini daha da rəzil duruma salmış olurlar. Ötən ilin bu günlərində dünyanın elə bir dövləti qalmadı ki, ona müraciət etməsinlər. Hərbi əməliyyatların dayanmasında vasitəçilik etmələrini xahiş etdilər. Yalnız 44-cü gündə Azərbaycanın tələbi yerinə yetirildikdən sonra biabırçı razılaşmaya imza atmalı oldular. Həmin razılaşmanın nəticələri də bəllidir. Xalq parlamenti ələ keçirib, rəsmiləri şil-küt etdi və az qala vətəndaş müharibəsi başlayacaqdı. Deyəsən həmin revanşist qüvvələr o günlərin həsrətini yaşayırlar.
Heç olmasa, dünya hərb tarixində yaşanan müharibələrin yekunlarına və çıxarılan nəticələrə nəzər salsınlar. Məsələn, götürək yaxın tarixdə baş verənləri. Faşist Almaniyası müharibədə məğlub olduqdan sonra ideologiyadan imtina edərək tamam başqa bir xətt götürdü və bu gün də dünyanın ən qüdrətli dövlətlərindən birinə çevrilib. Ermənistan da yaxşı olardı ki, başqasının torpağına göz dikməsin, inteqrasiya və qonşularla sülh şəraitində yaşamağa çalışsın.
Kamran Seyidov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Tramp qapını örtdü, Bakı isə iş qaldırdı: CNN cavab verməli olacaq
-
Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Prezident İlham Əliyev onları təltif etdi - Siyahı
-
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edilib
XƏBƏR LENTİ
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
-
Alkoqolu hansı məşhur içkilərlə qarışdırıb içmək olmaz?
-
Enerjini azaldan gündəlik səhvlər
-
Pendirli və göyərtili toyuq kotleti resepti
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
-
Tramp: “Süni İntellekt Qüvvələri” yaradılıb
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
-
Günün qoroskopu: Özünüzə qarşı həddindən artıq tələbkar olmayın
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
61 yaşlı Monika Belluççi - (Foto)
-
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
-
Bakıda məktəbin həyətində yanğın baş verib - (Foto)
-
Müğənni Dmitri Bikbayevin konsertdə əli trosdan sürüşdü, yıxıldı - (Video)
-
“Trabzonspor” “Qalatasaray”ı darmadağın edib
-
Serenay Sarıkayanın bir ev qiymətinə olan saatı - (Foto)
-
Əraqçi: İran ilə ABŞ arasında danışıqlar davam edir
-
Paşinyan yenə öz ampulasında - (Video)





