Siyasət
Azərbaycanın İndoneziya və Sinqapurdakı səfiri etimadnamələrini Sinqapur Prezidentinə təqdim edib
24 Fevral 2012 09:27
Baxış: 2 593
Azərbaycanın İndoneziyadakı səfirliyindən AzərTAc-a daxil olmuş məlumatda bildirilir ki, Azərbaycanın İndoneziya və Sinqapurdakı səfiri Tamerlan Qarayev Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış etimadnamələri Singapur Prezidenti Toni Tan Keng Yama təqdim etmişdir.
T.Qarayev bu ölkənin Prezidenti ilə söhbətində Azərbaycanın Singapur ilə münasibətlərin həm ikitərəfli, həm də çoxtərəfli çərçivədə inkişafına xüsusi əhəmiyyət verdiyini vurğulamışdır.
Sonra Ermənistan-Azərbaycan, Dağlığ Qarabağ münaqişəsi barədə söhbət açan səfir münaqişə nəticəsində Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu və işğal nəticəsində Azərbaycanda 1 milyon məcburi köçkünün olduğunu bildirmişdir. Səfir T.Qarayev Azərbaycan xalqının tarixində ən qanlı səhifə olan Xocalı soyqırımının 20-ci il dönümünün hazırda Azərbaycanda, eləcə də dünyanın əksər ölkələrində anıldığını Sinqapur Prezidentinin diqqətinə çatdırmışdır. Soyqırımı haqqında geniş məlumatı dinləyən Sinqapur Prezidenti, bu hadisənin çox təəssüf doğurduğunu və belə cinayətləri törədənlərin ədalət mühakiməsi qarşısına çıxarılması vacibliyini vurğulayaraq Azərbaycan xalqına başsağlığı vermişdir.
Görüşün davamında Azərbaycan tərəfinin Sinqapur ilə qarşılıqlı sərmayə layihələrinin həyata keçirilməsində maraqlı olduğu qeyd edilmişdir.
Singapur Prezidenti iki dövlət arasında münasibətlərin inkişafından məmnunluğunu bildirmişdir. Sinqapur iqtisadiyyatının sürətlə inkişaf etdiyini və qlobal iqtisadiyyatın inkişafına dair səylərini vurğulayaraq ölkələrimiz arasında ikitərəfli iqtisadi əməkdaşlığın önəmli olduğunu qeyd etmişdir. Prezident Sinqapurun Azərbaycan ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirmiş və bu çərçivədə hökumətinə səfirlik ilə sıx əməkdaşlıq etməyi tövsiyə edəcəyini vurğulamışdır.
T.Qarayev ikitərəfli münasibətləri inkişafı üçün yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsinin və dövlətlər arasında hüquqi bazanın yaradılmasının vacibliyini qeyd etmişdir.
Sinqapur Prezidenti bu fikirlə razılaşmış və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sinqapura səfərinin hər zaman alqışlandığını vurğulamışdır. Həmçinin, Toni Tan Keng Yam hüquqi bazanın yaradılması üçün aidiyyəti nazirliklərə tapşırıq verəcəyini və qısa zamanda Azərbaycan tərəfinə layihələrin təqdim olunacağını vəd etmişdir.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb - ( Video)
-
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - (Foto)
-
Məktəblərdə hicab məsələsi dini təzyiq deyil, vahid forma qaydasıdır – Baş redaktordan açıqlama
-
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - (Foto)
-
Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir - Kamaləddin Qafarov
-
Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib
XƏBƏR LENTİ
-
Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq: İçmədən əvvəl 2 dəfə düşünün
-
Benzinli və dizel avtomobillər 2028-ci ildən qadağan ediləcək
-
Bu müsəlman ölkəsində hökumət subaylara sevgili tapmağa kömək edəcək
-
Toyda unudulmaz an - (Video)
-
Sobada İzmir küftəsi resepti
-
İş müsahibəsində uğur gətirən 3 strateji "ağ yalan"
-
Adil Yıldırım: "Gündə 20 dəfə əlaqədə olurdum, İtaliyada ciddi müalicə aldım" - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb - ( Video)
-
Uşağa qələmi düzgün tutmağı öyrətməyin maraqlı üsulu – (Video)
-
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - (Foto)
-
İbad Hüseynov səfirliyin dəstəyi ilə Azərbaycana qayıtdı
-
Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları
-
Yuyulduqdan sonra yığılan gödəkçəni əvvəlki halına qaytarmağın yolları
-
Tovuzda iki nəfər bıçaqlanıb, biri ölüb - Yenilənib
-
Günün qoroskopu: Şəxsi həyatınızda bəzi gərginliklər yaşana bilər
-
Qubadlının işğaldan azad edilməsindən 6 il ötür
-
Bakıya yaxın bu ərazilərdə ucuz mənzillər satılır - (Video)
-
“Qızımı belə böyütməməli idim“ - Sənubər İsgəndərli
-
Rafet El Romanın azərbaycanlı nişanlısı - (Foto)
-
Bəzi kolleclər bağlana bilər - (Video)
-
Bacısı Aygün Bəylərin qızı ilə bağlı vəsiyyətini açıqladı
-
Deputatın oğlu "Yeraz Əhməd" dava edənləri barışdırmaq istəyirmiş - (Video)
-
"Cəhənnəm Necati"yə hökm oxundu
-
“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan