Kaliforniyanın ikinci ən böyük şəhərində 18 oktyabr Azərbaycan Günü elan olunub - FOTO
Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 30-cu ildönümü ilə əlaqədar ABŞ-ın Kaliforniya ştatının ikinci ən böyük şəhəri olan San Dieqo şəhərinin meri Tod Qloria xüsusi bəyannamə imzalayaraq, 18 oktyabr tarixini San Dieqo şəhərində "Azərbaycan Müstəqilliyinin Bərpası Günü" elan edib.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Milli.Az-a verilən məlumata görə, təqdim olunmuş bəyannamədə bildirilir ki, Azərbaycan 1991-ci ilin 18 oktyabr tarixində öz müstəqilliyini bərpa edərək, özünü 1918-ci ilin 28 may tarixində yaradılmış, müsəlman dünyasında ilk dünyəvi respublika olan və qadınlara ilk dəfə səsvermə hüququ verən Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edib.
Qeyd olunur ki, Azərbaycan 30 il ərzində öz müstəqilliyini və suverenliyini möhkəmləndirərək, ABŞ-ın Cənub Qafqaz bölgəsində strateji müttəfiqinə və ən böyük ticarət tərəfdaşına çevrilib. Həmçinin, vurğulanır ki, bu gün Azərbaycan beynəlxalq aləmdə müsəlman, xristiyan və yəhudilərin sülh və harmoniya içərisində yaşadığı uğurlu model kimi tanınır.
Azərbaycanın Los Ancelesdəki baş konsulu və Los Anceles Konsulluq Korpusunun duayeni Nəsimi Ağayev San Dieqo şəhərinin meri T.Qloriyaya təşəkkür edərək, San Dieqo ilə Bakı arasında 2011-ci ildə yaradılmış və çoxsaylı tədbirlər və qarşılıqlı səfərlərlə son 10 il ərzində gücləndirilmiş tərəfdaşlıq münasibətlərindən məmnunluğunu bildirib. 18 oktyabr 2021-ci ildə Bakı-San Dieqo tərəfdaşlığının 10-cu ildönümününün də tamam olduğunu qeyd edən baş konsul, bu münasibətlərin qarşıdakı dövrdə daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Ceyhun Bayramov və Marko Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər
-
Prezident İlham Əliyevin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Deputat Sevil Mikayılova Aruşada IPU-nun İcraiyyə Komitəsinin iclasında iştirak edib - (Foto)
-
Millət Vəkili Sevil Mikayılova IPU-nun 153-cü Assambleyasında məruzə ilə çıxış edib - (Video/Foto)
XƏBƏR LENTİ
-
Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı
-
Ofeliya Sənani xəstəxanaya yerləşdirildi
-
“Bu, Amerika üçün böyük gün olacaq”
-
Sea Breeze ərazisində yeni texnologiyalarla təchiz olunmuş ilk çoxzallı CineMastercard kinoteatrı açılacaq (Foto)
-
Azad Bayramov vəfat etdi
-
"İnter"li Markus Turam: "Mən Leaoyam, "Qalatasaray"da oynayıram" - (Video)
-
Moskvaya PUA hücumu: 1 nəfər ölüb, 6 nəfər yaralanıb
-
Mağazadan alınan yumurtanın içindən cücə çıxdı
-
İstanbulda məktəbdə dəhşətli hadisə: 5 qız şagird bıçaqlandı
-
"“Flydubai” hadisəsinə görə İran məsuliyyət daşıyır"
-
Vüsalə Əlizadə verilişində yerinə aparıcılıq edənə "əsəbiləşdi": “Bunu tapmısınız? - (Video)
-
Allahşükür Paşazadənin 40 il əvvəlki görüntüləri yayıldı - (Video)
-
Medvedev diskvalifikasiya olundu - Bu hərəkətinə görə - (Video)
-
Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər
-
Rusiyanın kəndləri boşalır: 20 milyon hektar torpaq istifadəsiz qalıb
-
Qızıl almaq istəyənlərin nəzərinə
-
XİN-dən vurulan gəmi ilə bağlı açıqlama
-
Qaxda "prava"sız sürücü qəza törətdi: 1 ölü, 4 yaralı var - (Video)
-
14 yaşlı qızın görüntülərini yayan şəxslə bağlı qərar verildi
-
"Con Duran "Gəl, məşqə gedək" deyəndə, "Yox, onsuz da varlıyam" deyirdi"
-
Əli Əsədov yeni qərar imzaladı
-
Mühafizə olunan duracaqlarla bağlı qayda dəyişdi
-
DYP-dən avtomobil sahiblərinə çağırış - Buna diqqət edin
-
Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırıldı





