Siyasət

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

3 May 2010 17:22
Baxış: 180
Dövlət başçısı Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyev İran İslam Respublikasının daxili işlər nazirinin Azərbaycana səfərinin uğurlu olacağına və bu səfərin ölkələrimiz arasında mövcud olan dostluq, qardaşlıq münasibətlərinə yeni təkan verəcəyinə əminliyini bildirib. İran İslam Respublikası daxili işlər nazirinin böyük nümayəndə heyəti ilə Azərbaycana səfər etməsini münasibətlərimizin yaxşı göstəricisi kimi qiymətləndirən dövlətimizin başçısı ikitərəfli əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əmin olduğunu deyib.

İran İslam Respublikasının daxili işlər naziri Mustafa Məhəmməd Nəccar Prezident Mahmud Əhmədinejadın salamlarını Azərbaycanın dövlət başçısına çatdırıb. Azərbaycana bundan əvvəlki səfərlərini xatırlayan Mustafa Məhəmməd Nəccar başçılıq etdiyi nümayəndə heyətində onu İran İslam Respublikasının Azərbaycan ilə həmsərhəd olan 4 ostanının valilərinin müşayiət etməsini səfərə verilən önəmin təzahürü kimi dəyərləndirib.

Prezident İlham Əliyev İran Prezidenti Mahmud Əhmədinejadın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş edib.

/AzərTAc/


 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.