Siyasət

Moskva nöqtəni qoydu: “Ermənistanı Azərbaycana qarşı DƏSTƏKLƏMİRİK”

2 Oktyabr 2021 19:33
0 Şərh     Baxış: 2 615

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya jurnalistlərə açıqlama verib.

Milli.Az kaim.az-a istinadən xəbər verir ki, o, Azərbaycana qarşı Ermənistanı dəstəkləmədiklərini əlavə edib.

"Bəli, Türkiyə Azərbaycanı birmənalı şəkildə dəstəkləyir. Biz bunu bilirik. Amma bu o demək deyil ki, biz digər tərəfdəyik, Ermənistanı Azərbaycana qarşı dəstəkləyirik. Bu belə deyil. Münaqişənin ədalətli yolla həllini dəstəkləyirik, atəşin dayandırılmasını dəstəkləyirik, hərbi əməliyyatların dayandırılmasını dəstəkləyirik"- deyə Nebenzya söyləyib.

Yüksək vəzifəli rusiyalı diplomatın bu açıqlaması Ermənistanda ciddi narahatlıq doğurub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.