Siyasət

Prezident İlham Əliyev BMT-dəki çıxışı ilə erməni faşizmini bir daha ifşa etdi - Komitə sədri

24 Sentyabr 2021 15:16
Baxış: 520

Prezident İlham Əliyev BMT-nin Baş Assableyasının 76-cı sesiyasında həm dünyada, həm də regionumuzda baş verən qlobal hadisələrə obyektiv münasibət bildirməklə yanaşı, həm də konstruktiv təkliflərlə çıxış etdi. Prezident İlham Əliyev çıxışı ilə həm də erməni faşizmini bir daha bütün dünyada ifşa etdi.

Bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.

Komitə sədri xatırladıb ki, Qoşulmama Hərəkatının 120 üzvünün yekdil qərarı ilə Azərbaycan 2019-cu ilin oktyabrında Bakıda keçirilmiş dövlət və hökumət başçılarının 18-ci Zirvə toplantısında üç il ərzində Hərəkata sədrliyi öz üzərinə götürüb:

"Azərbaycan beynəlxalq ədalətin və beynəlxalq hüquq normalarının təmin edilməsini, habelə Hərəkata üzv dövlətlərin legitim maraqlarını güclü şəkildə müdafiə edir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu il Hərəkata üzv dövlətlər Azərbaycanın sədrliyini daha bir il - 2023-cü ilin sonuna qədər uzadılmasına dair yekdil qərar qəbul ediblər. Bu, bütün dünya üçün çətin bir dövrdə Azərbaycanın Hərəkata uğurlu və səmərəli şəkildə sədrlik etməsinin təsdiqi və yüksək qiymətləndirilməsinin əlamətidir. Əlbəttə, Ermənistanın Azərbaycana qarşı təcavüzü və 27 sentyabr 2020-ci ildə yeni əraziləri işğal etmək məqsədi ilə Azərbaycan Respublikasına qarşı müharibəyə başlamasına baxmayaraq, Azərbaycan dövləti bütün beynəlxalq öhdəliklərinə sadiq qalmış, dayanıqlı inkişafı təmin etmiş, Qoşulmama Hərəkatı ölkələri ilə birlikdə fəal iş aparmışdır.

Xüsusilə qeyd etməliyik ki, Prezident İlham Əliyev BMT-nin yüksək kürsüsündən bütün dünyaya açıq şəkildə Ermənistanın Azərbaycana və azərbaycanlılara qarşı törətdiyi cinayətlər, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnaməsini və BMT Nizamnaməsini əsas götürərək Ermənistan tərəfindən işğal edilmiş ərazilərin azad edilməsi və yüz minlərlə azərbaycanlının öz dogma yurdlarına qayıtması üçün həyata keçirilən layihələr barədə məlumat verdi. Prezident onu da qeyd etdi ki, "təəssüflər olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etmək üçün Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq edilmədi". Belə bir ədalətsiz mövqe və ya mövqesizlik Ermənistanı daha da aqressiv olmağa, sülhdən yayınmağa həvəsləndirmiş, azərbaycan xalqında isə beynəlxalq qurumların ədalətli olmasına inamı tam sarsıtmışdır.

Əgər BMT TŞ özünün qəbul etdiyi qətnamələri icra etməyibsə, Azərbaycana qarşı Minsk Qrupunun həmsədr ölkələri müxtəlif səviyyələrdə və formalarda təyziq etməyə cəhd ediblərsə, bir milyondan artıq məcburi köçkünə diqqət və qayğı göstəməyiblərsə, onda bu gün onların Azərbaycan xalqından, Azərbaycan dövlətindən nə isə tələb etməyə heç bir mənəvi və hüquqi haqları yoxdur və ola da bilməz. Minsk Qrupu həmsədrlərinin bu istiqamətdəki 28 illik fəaliyyətləri onların tərcümeyi-hallarının utancverici qara ləkəsidir".

B.Əliyev vurğulayıb ki, Prezident İlham Əliyev öz çıxışında erməni faşizmini ifşa etdi, azərbaycanlılara qarşı həyata keçirilmiş soyqrımı, etnik təmizləmə siyasətini, faşizm ideologiyası əsasında dövlət siyasəti qurduqlarını faktlarla beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı:

"İlham Əliyev dedi: "Təqribən 30 il ərzində Ermənistan ölkəmizin ərazisinin 20 faizini işğal altında saxlayırdı. İşğal müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərlə müşayiət olunub. Ermənistan 1992-ci ildə Xocalı soyqırımını törədərək, yüzlərlə dinc insanı, o cümlədən 106 qadını və 63 uşağı qətlə yetirmişdir. 1275 azərbaycanlı əsir götürülmüşdür, onların 150-si hələ də itkin hesab olunur. Xocalı soyqırımı 13 ölkə tərəfindən tanınıb. Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür". Amma bu cinayətə, vəhşiliyə büynəlxalq təşkilatlar və həmsədrlər tərəfindən lazımi diqqət yetirilməyibdir. Yüz minlərlə məcburi küçkünün iztirablarına son qoymaq üçün heç bir əməli addım atmayıblar. Amma Azərbaycan dövləti öz iqtisadiyyatını inkişaf etdirirərk məcburu köçkünlər üçün evlər, şəhərcuklər tikibdir, onların social problemlərini təkbaşına həll edibdir.

Amma işğalçı Ermənistana bu illər ərzində hər gün humanitar yardımlar daşınıb, iqtisadi və siyasi dəstək verilibdir. Sual olunur: Ermənistanın ərazisi işğalmı edilmişdi, yoxsa ona qarşı təcavüz var idi? Qarabağdakı 50-60 min erməniyə göstərilən "sevgi"nin siri nədir? Bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün kimi öz vətənində yaşamasına biganə münasibətin sirri nədir? Onların insan haqları yoxdurmu? Bu suallara cavab verməyənlər, onları görməzdən gələnlərin bir adı var - "Riyakarlar". Riyakarlarla isə səmimi münasibətlər qurmaq, demokratik prinsipləri qorumaq mümkün deyil. Azərbaycan xalqı ədalətin, haqqın, sülhün, rifahın, dostluğun tərəfdarı və mübarizidir!

Cənab Prezident qətiyyətlə bəyan etdi ki, münaqişə artıq həll edilib. Bu gün yalnız əməkdaşlıqdan, quruculuqdan söhbət gedə bilər. Erməistanı, erməni faşizmini qızışdıraraq Azərbaycanı təyziq altında saxlamaq istəyən xarici qüvvələr də, Ermənistan da bu reallığı qəbul etməyə məhkumdur. Əks halada, istənilən aqressiya, revanşizm "Dəmir Yumruq"la qətiyyətlə məhv ediləcəkdir.

Bu gün Azərbaycan xalqı öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. İgid oğullarımız rəşadətlə döyüşərək, Ali Baş Komandanın rəhbərliyi altında öz qanları bahasına dogma yurdumuzu mənfur erməni faşistlərinin işğalından azad ediblər. Azərbaycan xalqına, Müzəffər Azərbaycan Ordusuna heç bir qüvvə heç bir şərt diqtə edə bilməz. Azərbaycana süngü ilə gəlmək istəyənlər süngü ilə qarşılanacaqlar. Dost kimi gələnlər, bölgədə sülhün, barışın, əməkdaşlığın bərqərar olmasına dəstək vermək istəyənlərlə isə əməkdaşlığa, dostluğa hazırıq.

Bu gün Azərbaycan xalqı qalib Sərkərdə Prezident İlham Əliyevin ətrafında monolit birliyi təmin edərək öz taleyinə, dilinə, dövlətinə və dogma torpaqlarına tam hakimdir. Azərbaycan Respublikası böyük quruculuq işlərini inamla davam etdirir və bundan sonar da davam etdirəcəkdir! Buna heç kimin zərrə qədər də şübhəsi olmasın! Qarabağ Azərbaycandır!".

Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.