Siyasət

Xocavənddə hərbçilərimiz ermənilərə "dərs" verdilər

22 Sentyabr 2021 12:07
2 Şərh     Baxış: 4 010

Ermənilər iddia edirlər ki, Azərbaycan Silahlı Qüvvələri Xocavənd rayonu istiqamətində mövqeləri irəli çəkib.

Milli.Az Ermənistan mediasına istinadən bildirir ki, Cütcü kəndinin icma başçısı Lernik Hovvanisyanın dediyinə görə, Azərbaycan Silahlı Qüvvələri sentyabrın 21-də mövqelərini demək olar ki, 1200 metr irəli aparıb və neytral ərazidə (kəndlə ən yaxın düşmən postu arasındakı məsafə təxminən 2,5 km-dir) mövqe tutmağa çalışıb: "Hadisə Rusiya ordusuna bildirildi. Rus generalı Yeqorov hadisə yerinə gəldi. Danışıqlardan sonra azərbaycanlılar əvvəlki mövqelərinə çəkildilər. İndi tərəflər hər biri öz mövqeyində qalır".

Hərbçilərimiz ermənilərin mövqelərində və Amaras monastırında Xankəndidəki terrorçu rejimin "bayraq"larının götürülməsini tələb ediblər.

Rusiyalı sülhməramlılar isə həmin "bayraq"ların Ermənistan bayraqları ilə əvəzlənməsini təklif ediblər.

Təklif rədd edilib, bayraqlar götürülüb.

Milli.Az

 

Şərh yaz:

2 Şərh:

  • Anonim
    İmrik · 22 Sentyabr 13:4830

    Nə vaxta qədər bizim KİV-lər düşmən mənbələrinə istinad edib Qarabağımızda baş verənlər barədə xəbər yayacaqlar? Sanki hansısa bir Afrika ölkəsində baş verən hadisədən məlumat yayımlanır.

    Cavab yaz
  • Anonim
    Nemət · 22 Sentyabr 16:1020

    Bizdə media sahəsi inkişaf etmədiyindən xarici kiv- lərə istinad edilir.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.